Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrına yeni direktor təyin edilib.
“İki sahil” xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə bu vəzifəyə pianoçu, bəstəkar, sənətşünas Ülviyyə Firudin qızı Bəbirova təyinat alıb.
Ülviyyə Bəbirova 1986-cı ildə Bakıda anadan olub. Paytaxtdakı 276 nömrəli orta məktəbi bitirib. Eyni zamanda G.Şaroyev adına 35 nömrəli on bir illik Uşaq Musiqi Məktəbində fortepiano ixtisası üzrə təhsil alıb. 2007-ci ildə Bakı Musiqi Akademiyasının Fortepiano fakültəsinin bakalavr, 2010-cu ildə isə magistratura pillələrini bitirib.
2014-cü ildə “Müasir Azərbaycan kino musiqisinin milli xüsusiyyətləri (XX əsrin sonu – XXI əsrin əvvəli) mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Ülviyyə Bəbirova dəfələrlə beynəlxalq və respublika müsabiqələrinin laureatı olub.
Ölkəmizdə konsert proqramları ilə çıxış edib, əsərlərinə kliplər çəkilib. O, həmçinin İctimai Televiziyada böyük redaktor vəzifəsində çalışıb, bir sıra musiqi layihələrinin rəhbəri kimi fəaliyyət göstərib. “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədridir.
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub