Parisdə Luvr muzeyinin Karusel salonunda 35-ci “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisi açılıb.
“İki sahil” xəbər verir ki, sərgidə azərbaycanlı fotoqraf Maya Bağırovanın fotoları nümayiş olunur. Onun fotoəsərləri müasir texnologiyanın insanlar arasındakı münasibətlərə olan təsirinə həsr olunub. Azərbaycanlı fotoqraf sərgidə gündəlik həyatdan çəkdiyi fotolarını nümayiş etdirir. Ağdam məscidinin güllələnmiş qapısı, eləcə də Qarabağdan olan fotolar sərgidə yer alıb.
M.Bağırovanın Azərbaycanda və Fransada bir neçə sərgisi təşkil olunub. Parisdə “Sensespace” sosial innovasiyalar mərkəzində “Azərbaycanlı qaçqın uşaqlar” adlı fotosərgisində o, Birinci Qarabağ müharibəsi nəticəsində doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün həyatı yaşayan azərbaycanlı uşaqların həyatını fotoları vasitəsilə yerli ictimaiyyətə göstərib. O, 2015-ci ildə Luvr muzeyinin Karusel salonunda keçirilən SNBA fotosərgisinin “Fotoqrafiya” nominasiyasının 2 qızıl medalına və “Jan Larivyer” mükafatına layiq görülüb.
“Art Shopping” beynəlxalq müasir incəsənət sərgisində azərbaycanlı rəssam Əsmər Nərimanbəyova, Sahib Əsədli kimi rəssamların əsərləri də nümayiş olunur. Sərgi aprelin 6-dək davam edəcək.
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub