06 aprel 2025 14:23
132

Türkiyədə tur avtobusu qəzaya uğrayıb - 23 nəfər yaralanıb

Türkiyədə tur şirkətinə məxsus avtobusun yoldan çıxaraq torpaq yol kənarına çırpılması nəticəsində 23 nəfər xəsarət alıb.

İki sahil” AA-ya istinadla xəbər verir ki, hadisə Çorumun Alaca rayonunda, Yozgat-Çorum avtomobil yolunun Elicek kəndi yaxınlığında qeydə alınıb.

Avtobusda 54 nəfərin olduğu bildirilir.

Olduğu yerdə sıxılmış vəziyyətdə qalan bəzi yaralılar Alaca Bələdiyyəsi yanğınsöndürənləri tərəfindən avtobusun pəncərəsindən çıxarılıblar.

İlkin tibbi yardım alan yaralılar təcili tibbi yardım avtomobilləri ilə xəstəxanalara aparılıblar.

Xəsarət alanların ölüm təhlükəsinin olmadığı bildirilib.

Qəzadan xəsarət almadan xilas olan 31 sərnişin Alaca Bələdiyyəsinə məxsus avtobusla qəza yerindən çıxarılaraq Çorum Şəhərlərarası Avtovağzalına göndəriliblər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”