Ümraniyedə (Türkiyə) hərəkətdə olan sərnişin avtobusu yanıb.
“İki sahil” AA-ya istinadla xəbər verir ki, sərnişinlərin xəbərdarlığndan sonra sürücü avtobusu saxlayıb və sərnişinləri təxliyə edib.
Hadisə yerinə yanğınsöndürənlər, polis və tibb qrupları cəlb edilib.
Polis qrupları yolu hərəkətə bağlayarkən, alov sürətlə bütün avtobusu bürüyüb və qatı tüstü ətrafa yayılıb.
Yanğınsöndürənlərin 1 saata yaxın fəaliyyətindən sonra yanğın nəzarət altına alınaraq söndürülüb.
Hadisə zamanı xəsarət alan olmasa da, avtobus yararsız hala düşüb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”