07 aprel 2025 13:22
102

Səudiyyə Ərəbistanından neftlə bağlı QƏRAR

Səudiyyə Ərəbistanı may ayında asiyalı alıcılar üçün neftin bütün növləri üzrə qiymətləri kəskin şəkildə aşağı salacaq. Qiymətlər 2022-ci ilin oktyabrından bəri maksimum səviyyədə - bir barel üçün 2,3 dollar ucuzlaşdırılacaq.

“İki sahil” xəbər verir ki, bu barədə “Saudi Aramco” dövlət şirkətinin bəyanatında deyilir. Məlumata görə, Asiyaya tədarük edilən əsas neft çeşidi “Arab Light” dörd ay ərzində minimuma enəcək və Oman/Dubay neft səbətindən 1,2 dollar baha olacaq.

ABŞ üçün neftin bütün növləri üzrə qiymətlər bir barel üçün 0,2 dollar, Şimal-Qərbi Avropa və Aralıq dənizi ölkələrindən olan alıcılar üçün isə bir barel üçün 0,5 dollar azaldılacaq.