2025-ci ilin 8-9 aprel tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin kollektivləri üçün fortepiano və vokal ixtisasları üzrə ustad dərsləri keçiriləcək.
“İki sahil” xəbər verir ki, Gəncə şəhər Zərif Qayıbov adına 5 nömrəli Uşaq Musiqi Məktəbində baş tutacaq ustad dərsləri Azərbaycan Respublikasının Əməkdar artisti, opera ifaçısı, Sənətşünaslıq üzrə fəlsəfə doktoru İlham Nəzərov və Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, pianoçu Svetlana Əhmədova tərəfindən keçiriləcək.
Ustad dərslərinin əsas məqsədi regionlarda təhsil səviyyəsinin müasir standartlara uyğunlaşdırılması, musiqi və incəsənət məktəblərində tədris prosesinin müasir norma və tələblərə müvafiq tənzimlənməsi, yerlərdə lazımi metodiki köməkliyin göstərilməsi, həmçinin müəllim və şagirdlərin peşəkar inkişafı üçün həm nəzəri, həm də praktiki biliklərin artırılmasından ibarətdir.
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub