07 aprel 2025 23:38
101

Rusiyanın itkiləri açıqlandı - 1139-cu gün

Ukrayna müharibənin 1139-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 925 020 hərbçi, 10 567 ədəd tank, 21 997 ədəd zirehli döyüş maşını, 25 817 ədəd artilleriya sistemi, 1 356 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 124 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 335 ədəd helikopter, 43 120 ədəd avtomobil texnikası, 31 874 ədəd PUA, 3 145 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 790 xüsusi avadanlıq itirib.