Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Çinin Baş naziri Li Qianq ilə telefon danışığı aparıb. Tərəflər ABŞ-ın tətbiq etdiyi yeni tariflərinin yaratdığı vəziyyəti müzakirə ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Fon der Lyayen ticarət balansını bərpa etmək və Avropa mallarının Çin bazarına çıxışını genişləndirmək yollarına çağırıb.
Ursula fon der Lyayen tariflərin səbəb olduğu potensial ticarət diversifikasiyasının həllində Çinin həlledici rolunu vurğulayıb. AK sədri vurğulayıb ki, Avropa və Çin iki ən böyük qlobal bazar kimi bərabər oyun sahəsinə əsaslanan ticarət sistemini formalaşdırmaq məsuliyyətinə malikdirlər.
Milli Qurtuluşdan enerji diplomatiyasına: Azərbaycanın regional gücə çevrilməsinin siyasi və iqtisadi təməli
İKİ ƏSRLİK MİLLİ QURTULUŞ - Xanlıqlardan Xankəndinə: tam suveren Azərbaycan dövlətinə doğru
“Əsrin kontraktı” Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biridir - TƏHLİL