Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tanınmış Azərbaycan naqqaşı, rəssamı Mirzə Qədim İrəvaninin 200 illik yubileyinin keçirilməsi ilə əlaqədar verdiyi Sərəncama əsasən, Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı və Özbəkistan Rəssamlıq Akademiyasının dəstəyi ilə “Şərq vəhdəti – Mirzə Qədim İrəvani və özbək ornamentləri” adlı rəsm müsabiqəsi elan edilib.
“İki sahil” xəbər verir ki, Mərkəzdən bildirilb ki, sözügedən müsabiqənin keçirilməsində məqsəd Mirzə Qədim İrəvaninin yaradıcılığının və eləcə də erkən Azərbaycan milli modern rəssamlıq ənənələrinin xaricdə, eyni zamanda, gənc nəsillər arasında daha geniş təbliğ olunmasını təmin etmək, onun yaradıcılığını gələcək nəsillərə daha geniş şəkildə tanıtmağa imkan yaratmaqdır.
Müsabiqəyə qatılmaq üçün istənilən yaşdan olan rəssamlar, naqqaşlıq və dekorativ sənət sahəsində fəaliyyət göstərən istedadlı şəxslər dəvət olunurlar.
Müsabiqəyə təqdim edilmiş əsərlər təşkil edilmiş müvafiq komissiya tərəfindən qiymətləndiriləcək.
Qaliblər və seçilmiş əsərlər Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçiriləcək xüsusi sərgidə nümayiş etdiriləcək, qaliblər mükafatlandırılacaq.
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub