2025-ci ilin 10 aprel tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin və Gəncə Dövlət Milli Dram Teatrının dəstəyi ilə “Nəsildən-nəslə teatr” layihəsinin “Aktyorluq: min maskalı qəhrəmanın səyahəti” adlı yeni seminarı həmin teatrda keçiriləcək.
“İki sahil” xəbər verir ki, seminarın qonağı Azərbaycan Respublikasının Xalq artisti, aktyor Nurəddin Mehdixanlı gənclərə aktyor sənətinin sirləri, səhnə plastikası, rejissor, aktyor və tamaşaçı ünsiyyəti, səhnə əsərlərində aktyor mövqeyi kimi mövzulardan söhbət açacaq.
Seminarın məqsədi nəsillər arasında fikir və təcrübə platforması yaratmaqla milli teatrın inkişaf prosesinə töhfə vermək həmçinin müasir beynəlxalq tendensiyaların tətbiqi ilə sahəyə marağın artırılması və gənclərin cəlb edilməsi ilə aktiv yaradıcı mühitin formalaşdırılması kimi məqamlardan ibarətdir.
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub