Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən Gəncədə “Mədəniyyət rüzgarı” tədbirlər silsiləsi çərçivəsində Gəncə Dövlət Universiteti (GDU) ilə birgə 8 aprel tarixində “Musiqidə milli ənənələrin təcəssümü” adlı elmi-praktiki seminar təşkil edilib.
“İki sahil” xəbər verir ki, Gəncə Dövlət Universitetinin rektorunun baş müşaviri, tarix üzrə fəlsəfə doktoru, dosent Asif Cavadov və MEMİM-in direktoru vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov seminar iştirakçılarını salamlayaraq dahi bəstəkarımız Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi çərçivəsində keçirilən seminarın məqsədinin milli köklərimiz zəminində formalaşan bəstəkarlıq ənənələri, Azərbaycan peşəkar musiqi irsinin tədqiqat məsələlərini gənc nəslə çatdırmasını vurğulayıblar.
GDU-nun “Musiqi fənləri” kafedrasının müdiri, Əməkdar müəllim, sənətşünaslıq üzrə elmlər doktoru, professor Sevda Qurbanəliyeva, kafedranın baş müəllimləri, sənətşünaslıq üzrə fəlsəfə doktorları Sevinc Rüstəmova və Nüşabə Seyfullayeva, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi, Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru İlham Nəzərov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aytən Babayeva, MEMİM-in aparıcı metodisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Muradzadə çıxışlarında mövzularla bağlı araşdırmalarını təqdim edərək, video materiallar və musiqi nömrələri təqdim ediblər.
Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Səadət Təhmirazqızının moderatorluğu ilə keçirilən elmi-praktiki seminarda GDU-nun müəllim və tələbələrinin ifasında musiqi əsərləri səslənib, məruzələr ətrafında fikir mübadiləsi aparılıb.
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub