Nizami Kino Mərkəzində aprelin 9-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “İndi al! Müştəriyə tələ” sənədli filmi nümayiş olunub.
“İki sahil” xəbər verir ki, tədbirin açılışında nümayişə qatılan 400-ə yaxın gəncə məsuliyyətli istehlakın əhəmiyyəti, mövcud istehlak mədəniyyətinin ətraf mühitə uzunmüddətli təsirləri, eləcə də gənclərin ekoloji davamlılığa töhfə vermələri üçün gündəlik həyatlarında necə daha məsuliyyətli ola biləcəkləri barədə ətraflı məlumat verilib.
Bildirilib ki, ekoloji maarifləndirmə və hər bir fərdin istehlak vərdişlərində edəcəyi dəyişikliklər bu sahədə davamlı inkişafa yol aça bilər və gənclər bu prosesin aparıcı qüvvəsinə çevrilməlidir. Bu xüsusda, IDEA tərəfindən həyata keçirilən tədbir və layihələrin ekoloji düşüncə tərzinin formalaşdırılması, gənclərin maarifləndirilməsi, eləcə də sağlam və dayanıqlı həyat tərzinin təşviqi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Daha sonra sənədli film nümayiş olunub.
Qeyd edək ki, “İndi al! Müştəriyə tələ” sənədli filmi Böyük Britaniyanın “Grain Media” şirkəti tərəfindən istehsal olunub. Rejissor Nik Steysinin ekranlaşdırdığı sənədli filmdə aparıcı beynəlxalq korporasiyalar və elektron ticarət platformaları tərəfindən tətbiq olunan marketinq strategiyaları, müasir istehlak vərdişlərinin ətraf mühitə mənfi təsiri və sözügedən problemin aradan qaldırılması yolları barədə bəhs edilir.
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub