2025-ci ilin 9 aprel tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə Gəncədə “Mədəniyyət rüzgarı” tədbirlər silsiləsi çərçivəsində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin kollektivləri üçün fortepiano və vokal ixtisasları üzrə ustad dərsləri keçirilib.
“İki sahil” xəbər verir ki, görkəmli Azərbaycan bəstəkarı, professional musiqimizin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə həsr olunmuş ustad dərslərinin keçirilməsində əsas məqsəd regionda yerləşən musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün yenilənmiş tədris metodikasının tətbiqi, şagirdlə dərs zamanı diqqət edilməli əsas məqamlar, onların gələcək peşəkar inkişafları üçün göstərişlərin verilməsi və siniflərə uyğun, düzgün repertuar seçiminin təşkil olunmasından ibarətdir.
Gəncə şəhər Zərif Qayıbov adına 5 nömrəli Uşaq Musiqi Məktəbində baş tutmuş ustad dərsləri Azərbaycan Respublikasının Əməkdar artisti, opera ifaçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru İlham Nəzərov və Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, pianoçu Svetlana Əhmədovanın iştirakı ilə gerçəkləşib.
Ustad dərslərində mütəxəssislər fortepiano və vokal tədrisinin metodikasındakı incəliklərin və pedaqogikanın əsas kateqoriyaları, pedaqoji proses, musiqi pedaqogikasının psixologiya ilə əlaqəsinin öyrədilməsi sahəsində müasir tələblərə uyğun bilik və bacarıqları nəzəri və praktiki baxımından göstəriblər.
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub