11 aprel 2025 11:30
165

Vilnüsdə yanğın - 70-dən çox insan təxliyə edilib

Litvanın paytaxtı Vilnüsdə çoxmənzilli binada baş verən yanğın səbəbindən 70-dən çox insan təxliyə edilib.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə Litva Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə və Xilasetmə Departamentinin nümayəndəsi Miroslav Gerasimoviç jurnalistlərə bildirib.

"Yanğın 12 mərtəbəli binanın 11-ci mərtəbəsindəki mənzildə baş verib. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər 76 nəfəri təxliyə ediblər", - o bildirib.

Məlumata görə, doqquz nəfər tibbi yardıma müraciət edib. Altı yanğınsöndürmə briqadasının mübarizə apardığı yanğın söndürülüb.