Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə həyata keçirilən Gəncədə “Mədəniyyət rüzgarı” tədbirlər proqramı çərçivəsində Azərbaycan Milli Kitabxanasının və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə cari ilin 10 aprel tarixində şəhər və ətraf rayonlarda yerləşən kitabxanaların əməkdaşları üçün təlim təşkil olunub.
Gəncə şəhəri ilə yanaşı Naftalan, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonunda fəaliyyət göstərən kitabxanaların əməkdaşlarının qatıldığı təlimdə MEMİM-in direktoru vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin əməkdaşı Tacir Qurbanov çıxış edərək, kitabxana sahəsində çalışanların peşəkar inkişafına töhfə vermək, onların müasir kitabxana idarəçiliyi və rəqəmsal resursların əlçatanlığını, region kitabxanalarında müasir proqramların tətbiqini təmin etmək məqsədilə bu kimi təlimlərə ehtiyac olduğunu vurğulayıblar.
Daha sonra Azərbaycan Milli Kitabxanasının şöbə müdirləri, tarix üzrə fəlsəfə doktoru Aygün Koçak və Sevinc Əfəndiyeva “İnnovativ metodlar və informasiya texnologiyalarının kitabxana işinə tətbiqi” və “KOHA Avtomatlaşdırılmış Kitabxana İdarəetmə Sisteminin kitabxanalarda tətbiqi” mövzularında təqdimatlarla çıxış ediblər.
Sonda mövzular ətrafında fikir mübadiləsi və müzakirələr aparılaraq təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Onu da qeyd edək ki, MEMİM tərəfindən cari ilin əvvəlində Şəkidə kitabxana əməkdaşları üçün təlim təşkil edilib.
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub