Justin Timberlake “The Forget Tomorrow” dünya turu çərçivəsində ilk dəfə olaraq Azərbaycanda çıxış edəcək.
“İki sahil” xəbər verir ki, “iTicket Production” və “Dream Group International” şirkətlərinin təşkilati dəstəyi ilə keçiriləcək tədbir 2025-ci il iyulun 27-də tarixində Bakı Olimpiya Stadionunda baş tutacaq.
Dünyanın ən tanınmış pop ifaçılarından biri olan Justin Timberlake musiqi, kino və şou-biznes sahəsində çoxşaxəli fəaliyyəti ilə seçilir. O həmçinin aktyorluq, prodüserlik və biznes sahəsində də uğurları ilə tanınır.
90-cı illərin sonlarında NSYNC qrupunun üzvü kimi dünya şöhrəti qazanan Timberlake qısa zamanda solo karyerasına başlayaraq öz adını pop musiqisinin zirvəsinə yazdırıb. Həmin illərdə Justin ilk albomu “Justified” olan, daha sonra “FutureSex/LoveSounds” və “The 20/20 Experience” kimi albomlarla milyonlarla dinləyicini ələ almışdır.
Justinin uğurları təkcə musiqi ilə məhdudlaşmır. 10 “Grammy”, 4 “Emmy” və “Can’t Stop the Feeling!” hitinə görə “Oskar” nominasiyasına layiq görülən ifaçı dünya üzrə musiqi sıralamalarını titrədərək milyonların sevimlisinə çevrilmişdir. O həmçinin bir çox Hollivud filmlərində aktyor kimi uğurla çıxış etmişdir.
Biletlər aprel 14-də saat 12:00-da rəsmi iTicket.az saytı, mobil tətbiqi və şəhərin bütün kassalarında satışa çıxacaq.
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub