61 yaşlı aktrisa və prodüser Filippin Leroy-Beaulieu yayın əvvəlində başlayacaq L’Oreal Paris Age Perfect Collagen Expert reklam kampaniyasında iştirak edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" xəbər yayıb.
Qeyd edək ki, onun ən məşhur rolu "Emily Parisdə" serialındakı Silvi Qeteau olub. O, 1980-ci illərdə Roger Vadimin filmlərində rol aldı və ən perspektivli aktrisa kimi Sezar Mükafatına namizəd olub.
Leroy-Beaulieu deyir: "Bu yay "Emily Parisdə" filminin beşinci mövsümünün çəkilişlərini bitirdikdən sonra layihələrim var".