Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə 8-12 aprel tarixlərində həyata keçirilən Gəncədə “Mədəniyyət rüzgarı” silsilə tədbirlər çərçivəsində 10 aprel tarixində Gəncə Dövlət Milli Dram Teatrında “Nəsildən-nəslə teatr” layihəsinin “Aktyorluq: min maskalı qəhrəmanın səyahəti” adlı yeni seminarı baş tutub.
“İki sahil” xəbər verir ki, MEMİM-in direktoru vəzifəsini icra edən Vüqar Hümbətov auditoriyanı salamlayaraq MEMİM-in teatrın inkişafı üçün həyata keçirdiyi layihələrdən, teatrın bir xalqın özünüdərk prosesində, mənəviyyat və mədəniyyətinin zənginləşməsində oynadığı əhəmiyyətli roldan, belə tədbirlərin paytaxt və region teatrları üçün əhəmiyyətindən danışıb.
Teatrşünas Dağlar Yusifin moderatorluğu ilə keçirilən seminarın qonağı Azərbaycan Respublikasının Xalq artisti, aktyor Nurəddin Mehdixanlı gənclərə aktyor sənətinin sirləri, vətənə və sənətə sevgi, aktyor-tamaşaçı ünsiyyəti, teatrda aktyorun mövqeyi kimi mövzulardan söhbət aparıb.
Tədbir Gəncə teatrlarının kollektivləri ilə yanaşı ətraf rayonların teatr nümayəndələri və teatrsevərlər tərəfindən maraqla qarşılanıb.
“Nəsildən-nəslə teatr” layihəsi çərçivəsində təşkil olunan seminarların məqsədi nəsillər arasında fikir və təcrübə platforması yaratmaqla milli teatrın inkişaf prosesinə töhfə vermək həmçinin müasir beynəlxalq tendensiyaların tətbiqi, sahəyə marağın artırılması və gənclərin prosesə cəlb edilməsi ilə aktiv yaradıcı mühitin formalaşdırılması kimi məqamlardan ibarətdir.
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub