12 aprel 2025 09:09
148

Papua Yeni Qvineya sahillərində 6,0 bal gücündə zəlzələ baş verib

Papua-Yeni Qvineyaya aid olan Yeni Britaniya adasının sahillərində 6,0 bal gücündə zəlzələ qeydə alınıb.

İki sahil” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, yeraltı təkanların episentri 26 minə yaxın insanın yaşadığı Kokopo şəhərindən (Yeni Britaniya adası) 94 km cənub-şərqdə yerləşib. Mənbə 58 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”