12 aprel 2025 09:40
156

Türkiyədə zəlzələ!

Dənizlidə (Türkiyə) 3,9 bal gücündə zəlzələ baş verib.

İki sahil” xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Qeyd edilib ki, yerli vaxtla saat 04.37-də baş verən zəlzələnin dərinliyi 7.06 kilometr olub.

“Haber Global”ın yazdığına görə, zəlzələni yuxuda hiss edən vətəndaşlar qısamüddətli çaxnaşma yaşayıblar.

Zəlzələ ilə bağlı heç bir neqativ vəziyyətə rast gəlinməyib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”