13 aprel 2025 16:40
127

Sumı ballistik raketlərlə vurulub, azı 31 mülki şəxs həlak olub, 84-ü yaralanıb

Aprelin 13-də Rusiya ordusu tərəfindən Ukraynanın Sumı şəhərinin mərkəzinin iki ballistik raketlə vurulması nəticəsində həlak olan mülki şəxslərin sayı 31 nəfərə çatıb, 84 nəfər isə xəsarət alıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Krimenko məlumat verib. Nazirin sözlərinə görə, həlak olanlardan 2-si, xəsarət alanların 7-si uşaqdır. Təcili yardım xidmətləri hadisə yerində işlərini davam etdirir.

Ukrayna Prezidenti Volodimir Zelenski bununla bağlı açıqlama verib və qeyd edib ki, atəşlər şəhərin küçəsini, o cümlədən evləri, təhsil müəssisələrini, avtomobilləri hədəf alıb.

Zelenski Avropanı, ABŞ-ı və dünyada müharibənin bitməsini istəyən hər kəsi qarşı tərəfi dayandırmağa çağırıb.

“Təcavüzkara təzyiq olmadan sülh mümkün deyil. Danışıqlar heç vaxt ballistik və hava bombalarını dayandırmayıb”,- deyə Prezident vurğulayıb.