Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Gəncədə “Mədəniyyət rüzgarı” tədbirlər proqramı çərçivəsində cari ilin 11 aprel tarixində muzey əməkdaşları üçün "Muzeylərin əsas vəzifələri: fondlar, elmi kütləvi və ekspozisiya işi, muzey işinin üç sütunu" mövzusunda təlim təşkil olunub.
“İki sahil” xəbər verir ki, təlimdə MEMİM-in direktoru vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin əməkdaşı Tacir Qurbanov çıxış edərək muzey əməkdaşlarının müvafiq sahəyə dair müasir yanaşmaları, həmçinin yeni metod və üsulları mənimsəməyi istiqamətində təlimin faydalarından bəhs ediblər.
Təlimdə Gəncə şəhəri ilə yanaşı Samux, Goranboy, Göygöl, Daşkəsən, Naftalan rayonlarının muzey əməkdaşlarının peşəkar inkişafına töhfə vermək, onlara nəzəri və təcrübi biliklər qazandırmaq məqsədilə Azərbaycan İstiqlal Muzeyinin elmi fond işləri üzrə direktor müavini, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Aida Axundovanın iştirakı ilə muzey işinin təşkili, fond və ekspozisiya zallarının müasir standartlara uyğun qurulması, eksponatların mühafizə qaydaları, təqdimat zamanı muzey bələdçisinin rəqəmsal vasitələrdən istifadəsi kimi mövzular ətrafında təqdimatla çıxış olub.
Daha sonra auditoriyanı maraqlandıran suallar cavablandırılıb, muzey işinin təşkilinə dair müzakirələr və fikir mübadiləsi aparılıb.
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub