16 aprel 2025 09:45
84

Xose Martin Jan Pyer: Bakı Təşəbbüs Qrupu sayəsində bizi artıq beynəlxalq arenada tanıyırlar

“Biz uzun müddətdir müstəmləkəçiliklə bağlı mübarizə aparırıq, lakin bizim səsimizi heç kəs dinləmir, kimliyimizi tanımırdi”.

“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Qvadelupadan olan Beynəlxalq Dekolonizasiya Cəbhəsinin katibi Xose Martin Jan Pyer deyib.

“Bu gün artıq Bakı Təşəbbüs Qrupu sayəsində bizi beynəlxalq arenalarda tanıyırlar və səsimizi eşitməyə başlayıblar. Bizim əsas problemimiz müstəmləkəçilikdir, lakin xalqımız iqtisadi sıxıntılarla da üzləşib. Vaxtilə müstəmləkəçiliklə bağlı bölgəmizə gələn insanlar bazarlarda sistemi ələ keçiriblər. Xalqımız iqtisadi baxımdan çətin vəziyyətdədir”.