16 aprel 2025 14:31
153

Avropaya qeyri-qanuni mühacir axını AZALIB

2025-ci ilin ilk üç ayında Aİ sərhədlərini qanunsuz keçmə hallarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 31% azalıb.

“İki sahil” xəbər verir ki,  Avropanın Frontex sərhəd agentliyinin məlumatına görə, birinci rübdə təxminən 33,6 min belə hal qeydə alınıb. Axın ən çox, 64%, Qərbi Balkanlarda azalıb.

Ən populyar marşrut Şərqi Aralıq dənizi olaraq qalır və burada üç ay ərzində əksəriyyəti Əfqanıstan, Misir və Sudan vətəndaşları olan 9627 qeyri-qanuni mühacir Türkiyə sərhədini keçməyə cəhd edib. Bu, əvvəlki illə müqayisədə 29% azdır. Digər populyar marşrut 9205 qeyri-qanuni immiqrantın saxlanıldığı Kanar adalarından keçən Qərbi Afrika marşrutudur (30% azalma).

11,2 min miqrant Manş boğazından Böyük Britaniyaya keçərkən saxlanılıb ki, bu da əvvəlki illə müqayisədə 4% azdır. Aİ-nin şərq sərhədində miqrant axını da 8% azalıb - 1502 hadisə. Belarusdan Litvaya və ya Polşaya gedən bu marşrutdan ən çox Ukrayna, İraq və Rusiya vətəndaşları istifadə edirlər.