Vaşinqton meri Muriel Bouzer 11 aprel 2025-ci il tarixini “Aleksandr Oveçkin günü” elan edən xüsusi fərman verib.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Sənəd rusiyalı xokkeyçinin çıxış etdiyi “Vaşinqton Kapitals” klubunun sosial şəbəkə hesablarında dərc olunub.
Aprelin 6-da "New York Islanders" komandasına qarşı matçda Aleksandr Oveçkin müntəzəm çempionatlarda 895-ci qolunu vuraraq Milli Xokkey Liqasının (NHL) yeni snayper rekordunu müəyyənləşdirib. Bu göstəricidə o, kanadalı Ueyn Qretski (894) ötüb. Aprelin 11-də Vaşinqtondakı Capital One Arenada Oveçkinin rekordunu qeyd etmək üçün şənliklər keçirilib.
Klub bələdiyyə başçısına “Aleksandr Oveçkin Günü” ümumşəhər bayramının təşkilində göstərdiyi köməyə görə təşəkkür edib.