16 aprel 2025 22:29
161

Həkim 15 xəstəni canından edib

Berlin prokurorluğu 15 nəfərin ölümündə şübhəli bilinən həkimə qarşı ittiham irəli sürüb.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Şübhəlinin xəstələrə öldürücü dozada müxtəlif dərmanlar verdiyi qeyd olunur.

"Həkim qətllərdə ittiham olunub. Xüsusilə, ilkin məlumatlara görə, o, xəstələrin razılığı olmadan və tibbi göstərişlər olmadan onlara tənəffüs əzələlərinin iflicinə səbəb olan dərman preparatları verib", - deyə prokurorluqdan bildirilib.

Nəşr əlavə edib ki, şübhəli şəxs cinayətləri 2021-ci ildən törədib. Qurbanlardan biri istisna olmaqla, hamısının yaşı 50-dən yuxarı olub.