Xəbər verdiyimiz kimi, Xalq artisti Tünzalə Ağayeva sevimli müğənni Samir Piriyev ilə birlikdə yeni işbirliyinə imza atıb.
“İki sahil” xəbər verir ki, sənətçilərin “Sənin yanında” adlı duetləri işıq üzü görüb. Mahnının musiqisi bəstəkar Fərid Kərimli, sözləri isə Tural Xaniyə məxsusdur. Aranjıman Eşqin Ağayevə aiddir.
Sözügedən əsər üçün müğənnilər kamera qarşısısına da keçiblər. Klipin rejissoru Xəyal Murtuzov, operatoru isə Fərid İsmayılovdur.
Pop ulduzun saç və makiyajını tanınmış stilist Sabir Bağırov edib. Geyim rəssamı Xalq artistinin şəxsi stilisti Şamxal Ramazanlıdır.
Layihənin prodüseri isə Yalçın Cabbarovdur.
Ekran işi estrada ulduzunun şəxsi “Youtube”səhifəsində və bütün musiqi platformalarında yayımlanıb.
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub