Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir.
“İki sahil” xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova aprelin 17-də Şuşada keçirilən “Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi” mövzusunda I İslam Dünyası Mədəni Forumunda deyib.
Onun sözlərinə görə, bu mənada, bugünkü forum həm də bir çağırışdır:
“Forum münaqişə zonalarında təhlükə altına düşmüş zəngin və çoxşaxəli mədəni irsin qorunması istiqamətində praktiki strategiyalara, birgə əməkdaşlığa və İslam dünyasında əməkdaşlığın roluna diqqət yetirəcək”.
S.Yusifova bildirib ki, tədbirdə İslam dünyası bir araya gələrək münaqişə dövrlərində mədəni irsə dəyən zərərin miqyasını qiymətləndirmək, münaqişədən zərər görmüş mədəni obyektlərin qorunması üçün tədbirləri gücləndirmək, tarixin, incəsənətin və kimliyin gələcək nəsillər üçün yaşamasını təmin etmək imkanı əldə edəcəklər:
“Forumda həmçinin mədəni irsin qorunması, bərpası və yenidən canlandırılması sahəsində ən yaxşı təcrübələrin paylaşılması, münaqişə vəziyyətlərində mədəni irsin qorunması üçün daha güclü hüquqi çərçivələrin təbliği və gələcək nəsillər üçün davamlı strategiyaların hazırlanması məsələləri də müzakirə ediləcək”.
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub