19 aprel 2025 21:57
115

"Qarabağ" "Neftçi"ni məğlub edib

Misli Premyer Liqasının XXXI turunda "Qarabağ" "Neftçi"ni məğlub edib.

“İki sahil” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş matçda Ağdam təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.

"Köhlən atlar"ın heyətində Abdullah Zubir (22), Yassin Benzia (40, pen) və Nəriman Axundzadə (41) fərqləniblər.

Cari mövsümün bitməsinə 6 tur qalmış Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 76 xalla turnir cədvəlinə başçılıq edir. 35 xala malik "Neftçi" isə altıncıdır.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" "Turan Tovuz"la heç-heçəyə (1:1) razılaşıb. "Sabah" isə "Səbail"ə qalib (3:2) gəlib.