22 aprel 2025 12:36
84

Tramp yaxın üç gün ərzində...

ABŞ prezidenti Donald Tramp yaxın üç gün ərzində Ukrayna münaqişəsinin sülh yolu ilə həlli təklifi ilə bağlı jurnalistlərə məlumat verəcəyini vəd edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Tramp jurnalistlərə “Bütün təfərrüatları qarşıdakı üç gün ərzində sizə verəcəyəm” deyib.

Ağ Ev rəhbəri əmin edib ki, Birləşmiş Ştatlar Ukrayna və Rusiya ilə bağlı çox yaxşı görüşlər keçirib.

“The Wall Street Journal” yazır ki, Tramp administrasiyası Ukraynaya münaqişəni dayandırmaq üçün şərtlər, o cümlədən Krımın Rusiyanın bir hissəsi kimi tanınması və Ukraynanın NATO-ya üzv olmaqdan imtina etməsi kimi şərtlər təklif edib.