22 aprel 2025 20:27
99

Azərbaycan Kubokunun final oyununun vaxtı dəyişdirilib

Futbol üzrə Azərbaycan Kubokunun final oyununun keçiriləcəyi tarix dəyişdirilib.

“İki sahil” Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadla xəbər verir ki, buna səbəb Bakıda mayın 21-də başlayacaq minifutbol üzrə dünya çempionatıdır. Mötəbər yarışın final matçı 1 iyun tarixinə təsadüf edəcək.

Bununla əlaqədar olaraq, Minifutbol Federasiyası PFL-ə Azərbaycan Kubokunun final matçının tarixinin dəyişdirilməsi ilə bağlı müraciət edib. Buna müsbət rəy verən qurum həlledici matçın iyunun 1-də deyil, mayın 31-də təşkil olunması barədə qərar qəbul edib.

Qarşılaşma saat 19:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.