22 aprel 2025 20:56
95

Türkiyədə ağır yol qəzası olub

Türkiyənin Van şəhərində ağır yol qəzası baş verib.

“İki sahil” xəbər verir ki, hadisə Gürpınar rayonunda qeydə alınıb.

Qəza nəticəsində yeddi nəfər ölüb, 12 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Məlumata görə, yaralananlardan dördünün durumu ağırdır. Qəza yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Hadisə ilə bağlı araşdırma başlanılıb.