ABŞ-da mühacirlərə qarşı müntəzəm reydlər terrorizmlə bağlı həbslərin 655% artmasına səbəb olub.
“İki sahil” xəbər verir ki, bu barədə “New York Post” ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin məlumatlarına istinadla bildirib.
Yanvarın 20-də ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimindən bu yana İmmiqrasiya və Gömrük Mühafizəsi əməkdaşları terrorizm ittihamı ilə 219 nəfəri saxlayıb. Trampın sələfi Co Baydenin rəhbərlik etdiyi ötən ilin eyni dövründə 29 belə həbs olub.
Tramp Ağ Evə qayıtdıqdan sonra ABŞ-da qeyri-qanuni mühacirlərə qarşı kütləvi reydlər keçirilməyə başlayıb. Amerika mediasına görə, İmmiqrasiya və Gömrük Mühafizəsinin qarşısına gündə ən azı 1800 immiqrasiya pozucusunu saxlamaq məqsədi qoyulmuşdu.