Çin taykonavtları (çinli astronavtlar) Yerin təbii peykinə enməyə uğurla hazırlaşır.
“İki sahil” xəbər verir ki, bunu Çin Xalq Respublikasının Pilotlu Kosmos Uçuşları Proqramı İdarəsinin rəis müavini Lin Sizsyan deyib.
“Aya pilotlu missiyanın göndərilməsi üzrə işlər ümumilikdə uğurla davam edir”, - o, brifinqdə deyib.
Lin Sizyan bildirib ki, “Mençjou” kosmik gəmisinin ekipajını orbitə çıxaracaq CZ 10 (“Çançjen-10) daşıyıcı aparatı, eləcə də “Lanyue” ay gəmisi, “Vanyuy” ay skafandrı və Ayın səthində taykonavtların hərəkəti üçün daşınma təqvimə uyğun olaraq inkişaf və sınaq mərhələsindədir.