23 aprel 2025 15:25
121

Rusiya və Ukrayna ərazi güzəştlərinə getməli olacaqlar - Vens

ABŞ-ın vitse-prezidenti J.D.Vens hesab edir ki, Rusiya-Ukrayna münaqişəsinə nəhayət son qoymaq üçün Moskva və Kiyev hazırda nəzarət etdikləri ərazilərin bir hissəsini güzəştə getməlidirlər. Onun sözlərinə görə, ABŞ hərbi əməliyyatları dayandırmaq üçün səy göstərir.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məluamt yayıb. 

“Əlbəttə, bu, o deməkdir ki, həm ukraynalılar, həm də ruslar hazırda tutduqları ərazilərin bir hissəsindən imtina etməli olacaqlar”- Vens Hindistana səfəri zamanı jurnalistlərə bildirib. O, qeyd edib ki, ABŞ Rusiya və Ukraynaya konkret təkliflə çıxış edib. Tərəflər bunu qəbul etməsələr, Vaşinqton vasitəçilik səylərindən əl çəkəcək.

Vens mətbuatla söhbətində bildirib ki, münaqişəyə son qoymaq üçün atəşi dayandırmaq və sərhədləri "dondurmaq” lazımdır. Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Kiyev itirilmiş əraziləri heç vaxt Rusiya ərazisi kimi tanımayacaq, lakin kompromis kimi “zamanla” diplomatik yollarla onların geri qaytarılmasına çalışacaq.