23 aprel 2025 09:22
103

Türkiyə "Pençe-Kilit" bölgəsində şəhid verdi

Türkiyə ordusu "Pençe-Kilit" əməliyyatı bölgəsində şəhid verib.

“İki sahil” xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, aprelin 22 apreldə "Pençe-Kilit" əməliyyatı bölgəsində terror təşkilatı üzvlərinin hücumu nəticəsində ağır yaralanan hərbçinin həyatını xilas etmək mümkün olmayıb. O, bütün tibbi müdaxilələrə baxmayaraq, aprelin 23-də şəhid olub.

Məhərrəm Ağalaroğlu, “İki sahil”