25 aprel 2025 00:26
101

İrəvandakı 24 aprel vandalizmi…

Bu məqamda fransız səyyah qraf Arman Pyer De-Şolyenin 150 il bundan əvvəl haylarla bağlı dediklərini bir daha xatırlamaq yerinə düşür: “…ermənilərin hiyləgərliyi olduqca iyrənc, alçaqlığı olduqca dözülməz, əclaflığı olduqca təəssüfləndiricidir”

Ermənilər özlərinə xas xislətlərini bir daha nümayiş etdirdilər. Aprelin 24-də İrəvanın Respublika meydanında tarixin ən böyük yalanı olan qondarma “erməni soyqırımı”nın 110 illyinə həsr edilmiş “məşəl yürüşü” keçirdilər. Erməni vandalları yürüşdə Azərbaycan və Türkiyə bayraqlarını yandırdılar. Terrorist, qatil Andrinikin, Nijdenin dığaları Azərbaycanı və Türkiyəni rəsmən hədələyərək “ermənilərin içindən yenə Teyleryan, Şirakyan çıxacaq”, - deyə bağırdılar.

Həmin gün Gürcüstanın erməni icmasının üzvləri Tbilisidə Türkiyə səfirliyinin binası yaxınlığında uydurma “erməni soyqırımı”nın 110-cu ildönümünə həsr olunan ənənəvi aksiya keçirdilər. Aksiyada ermənilərin Azərbaycana və Türkiyəyə əsassız iddialarını əks etdirən müxtəlif fotoşəkillər də sərgiləndi. Bəzi iştirakçıların köynəklərində vaxtilə Azərbaycanın işğal altında olan ərazilərində mövcud olmuş qondarma “Artsax”ın Bakıda məhkəməsi davam edən, bəşəriyyət əleyhinə cinayətlərdə təqsirləndirilən “liderləri”nin fotoşəkilləri və onlara azadlıq şüarları, həmçinin qondarma rejimin “bayrağı”nın təsvirləri yer almışdı.

Aksiyada erməni icmasının petisiyasına imzalar da toplanılır, həmçinin erməni icmasının gürcü və ingilis dillərində nəşr etdirdiyi və “Azərbaycanın ermənilərə qarşı genosid siyasəti” adlandırılmış kitablar paylanıldı. Əllərində Ermənistan və Gürcüstan bayraqları və plakatlar tutan aksiyaçılar Türkiyə əleyhinə şüarlar səsləndirdilər. Erməni icmasının üzvü Artur Mirzoyan çıxışında Azərbaycanın ünvanına uydurma ittihamlar səsləndirməklə yanaşı, Bako Saakyan və digərlərinin azadlığa buraxılmasını tələb edirdi.

Teror, yalan, riyakarlıq, Türkiyə, Azərbaycan düşmənçilyi ermənilərin qanındadır. XIX əsrin fransız səyyahı qraf Arman Pyer De-Şolye hələ 150 il bundan əvvəl yazırdı: “Mən ermənilərlə heç zaman dil tapa bilmədim. Onların hiyləgərliyi olduqca iyrənc, alçaqlığı olduqca dözülməz, əclaflığı olduqca təəssüfləndiricidir.” Ermənilər son iki əsrdə Türkiyədə və Azərbaycanda törətdikləri dəhşətli soyqırımları və deportasiyaları, həmçinin dünyanın müxtəlif ölkələrində həyata keçirdikləri amansız terror əməliyyatlarını ört-basdır etmək, bütün dünyada özləri haqqında “əzabkeş millər” obrazı yaratmaq üçün uzun illərdən bəridir ki, hər il aprelin 24-nü “erməni soyqırımı” günü kimi qeyd edirlər. Onlar beynəlxalq ictimaiyyətdə belə bir rəy formalaşdırmağa çalışırlar ki, guya 1915-ci ildə Osmanlı dövləti erməniləri “soyqırımı”na məruz qoyub. 

Həqiqət odur ki, “erməni soyqırımı” Şərq məsələsinin tərkib hissəsi kimi meydana gəlib. Belə ki, böyük dövlətlər özlərinin işğalçılıq siyasətini həyata keçirmək məqsədilə ermənilərdən bir vasitə kimi istifadə ediblər. Şərq məsələsinin kökündə isə Osmanlı İmperiyasının torpaqlarının bölüşdürülməsi, Türkiyənin bir dövlət kimi məhv edilməsi, onun torpaqları hesabına bufer dövlətlərin yaradılması dayanırdı. Habelə, həmin məsələ Şərq xalqlarına qarşı böyük dövlətlərin işğalçılıq planlarının təzahürü idi.

Tarixi sənədlər təsdiq edir ki, 1915-ci ildə Türkiyə ərazisində ermənilərə qarşı heç bir soyqırımı olmayıb. Türkiyənin müharibəyə cəlb olunduğu həmin dövrdə ermənilər çoxsaylı silahlı dəstələr yaradaraq arxa cəbhədə üsyan qaldırıb, türk ordusuna hücumlar təşkil edib, ayrı-ayrı şəhər və qəsəbələrdə kütləvi qətllər törədərək əhaliyə qarşı qeyri-insani hərəkətlər ediblər. Təbii ki, türk ordusu da dinc əhalini müdafiə etmək, onları erməni vəhşiliklərindən qorumaq üçün lazımi tədbirlər görüb və ermənilərin digər ərazilərə köçürülməsi zamanı da heç bir soyqırımı baş verməyib.

Yeri gəlmişkən, bu günlərdə “Yeni Şafak” qəzeti Türkiyə Böyük Millət Məclisinin (TBMM) 1915-ci ildə və ondan sonrakı illərdə Anadoluda erməni vəhşiliklərini əks etdirən fotoşəkillərin yer aldığı arxiv sənədlərini dərc edib. “Türkiyə Böyük Millət Məclisinin arxivlərindən erməni cinayətlərinə dair yeni sənədlər” sərlövhəli məqalədə qeyd olunur ki, tarixi sübutlar ermənilərin müsəlman əhaliyə qarşı törətdikləri vəhşiliklərin miqyasını açıq şəkildə göstərir.

Aprelin 24 də İrəvanda, Tbilisidiə baş verənləri müşahidə etdikdə bu gün ermənilərə canfəşanlıqla himayədarlıq edən Fransa Prezidenti Emmanuel Makrondan fərqli olaraq dürüst, haylarla bağlı həqiqətləri yazaraq gələcək nəsillərə ötürən fransız səyyahı qraf Arman Pyer De-Şolyenin dediklərini xatırlamaq yerinə düşür. Doğrudan da ermənilərin hiyləgərliyi olduqca iyrənc, alçaqlığı olduqca dözülməz,
əclaflığı olduqca təəssüfləndiricidir…

Zahid Rza, “İki sahil”