Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 90 m² (hər mərtəbəsi 45 m²) olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsinin, dam örtüyünün yanar konstruksiyaları və yaxınlıqdakı sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin ondulindən ibarət dam örtüyü 2 m² sahədə yanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.