29 aprel 2025 08:46
93

UEFA Çempionlar Liqasında oyun günü: Yarımfinal mərhələsinə start verilir

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunlarına bu gün start veriləcək.

“İki sahil” xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma baş tutacaq.

PSJ İngiltərədə “Arsenal”ın qonağı olacaq.

UEFA Çempionlar Liqası

Yarımfinal, ilk oyunlar

29 aprel

23:00. “Arsenal” (İngiltərə) - PSJ (Fransa)

Qeyd edək ki, yarımfinalın digər matçı sabah, İspaniyada “Barselona” və “İnter” arasında baş tutacaq.