29 aprel 2025 09:47
85

Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin ikinci oyunları keçiriləcək

Azərbaycan Basketbol Liqasında bu gün yarımfinal mərhələsinin ikinci oyunları keçiriləcək.

“İki sahil” xəbər verir ki, ilk olaraq "Şəki" "Sabah"ı qəbul edəcək.

Qarşılaşma Şəki Olimpiya İdman Kompleksində, saat 14:00-da start götürəcək. İlk görüşdə paytaxt təmsilçisi 86:73 hesabı ilə qalib gəlib.

İkinci matçda "Neftçi" və "Abşeron" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Oyun saat 19:00-da başlayacaq. İlk qarşılaşma ağ-qaralar"ın 97:93 hesablı qələbəsi ilə yekunlaşıb.