İranın Bəndər-Abbas şəhərindəki Şəhid-Rəcai limanındakı yanğın nəzarət altına alınıb.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiyanın İrandakı səfirliyinin bəyanatında bildirilib.
"Alov nəzarət altına alınıb, fövqəladə vəziyyət rejimi milli səviyyədən regional səviyyəyə endirilib. Demək olar ki, iş sona yaxınlaşır", - məlumatda qeyd edilib.
Xatırladaq ki, limanda güclü partlayış aprelin 26-da baş verib. Rusiya Fövqəladə Hallar Nazirliyi yanğının nəticələrinin aradan qaldırılması məqsədilə bu ölkəyə “Be-200ÇS” və “İl-76” təyyarəsini göndərib.
Qeyd edək ki, baş verən partlayış nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb, 1200-dən çox insan xəsarət alıb.