29 aprel 2025 15:27
125

Tramp Rusiya və Ukraynaya təzyiq göstərməyə hazırdır

ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinə son qoymaq niyyətindədir və nəticə əldə etmək üçün Rusiya və Ukraynaya lazımi təzyiq göstərməyə hazırdır.

“İki sahil”  "Kommersant"a istinadla xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts deyib.

"Prezident müharibəni bitirməkdə qərarlıdır və onu bitirmək üçün hər iki tərəfə təzyiq göstərməyə hazırdır" deyə, o, "Fox News"a deyib.