Yeni sosial obyekt, əməkdaşların iş və şəxsi həyat balansını qorumaq, eyni zamanda, onların motivasiyasını davamlı şəkildə artırmaq məqsədilə planlaşdırılıb. Obyektdə yemək, idman və istirahət imkanları, sosial tədbirlər üçün nəzərdə tutulmuş sahələr, həmçinin sahil zolağı boyunca park salınacaq.
Layihə yalnız infrastruktur baxımından deyil, həm də insan resurslarına yönəlmiş strateji bir investisiya kimi qiymətləndirilir. Əməkdaşların rifahı, şirkətə bağlılığı üçün vacib hesab olunan bu təşəbbüs, iş və sosial həyat arasında sağlam tarazlığın qurulmasına xidmət edəcək.
“SOCAR Türkiyə” tərəfindən həyata keçirilən bu layihə, şirkətin əməkdaşlarına olan diqqətin və institusional davamlılıq məqsədinin bariz nümunəsi olaraq dəyərləndirilir. Yeni Çayağzı sosial obyektləri, həmçinin şirkətin uzunmüddətli inkişaf strategiyası çərçivəsində atılmış əhəmiyyətli bir addım kimi də xarakterizə olunur.
Orxan Vahidoğlu, “İki sahil”