Böyük Britaniya Fransa ilə Fələstinin tanınmasını 2025-ci ilin yayında elan etmək planlarını müzakirə edir.
“İki sahil” xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian" qəzeti xəbər verib.
Məlumata əsasən, bu addım BMT-nin himayəsi altında iyunun 2-4-də təşkil olunan “İki xalq üçün iki dövlət” planının həyata keçirilməsi üzrə beynəlxalq konfransa həsr oluna bilər.
Aprelin 30-da Britaniya parlamentinin komitəsində danışan xarici işlər naziri Devid Lemmi ilk dəfə olaraq təsdiqləyib ki, London və Paris Səudiyyə Ərəbistanının birgə təşkilatçılığı ilə keçiriləcək konfransla əlaqədar Fələstinin tanınması məsələsini müzakirə edirlər.