01 may 2025 15:13
102

Poçt direktoru nazir müavini təyin olundu

Naxçıvanın rəqəmsal inkişaf və nəqliyyat nazirinə müavin təyin edilib.

“İki sahil” “Nuhçıxan”a istinadla xəbər verir ki, Naxçıvan Ali Məclisi Sədrinin Sərəncamına əsasən, bu vəzifəyə Azər Şahverdi oğlu Məmmədrəhimov təyin olunub. Ona nazir vəzifəsinin müvəqqəti icrası həvalə edilib.

Bu təyinatadək rəqəmsal inkişaf və nəqliyyat naziri vəzifəsini isə Rahid Ələkbərli icra edib.

Qeyd edək ki, A. Məmmədrəhimov 2024-cü ilin avqustundan cari tarixə qədər “Naxçıvanpoçt” publik hüquqi şəxsin direktoru vəzifəsində işləyib.