YAP Bərdə rayon təşkilatı Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə sektoru ilə birgə "Konstitusiya və Suverenlik İli" çərçivəsində Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə İntellektual bilik yarışması keçirib.
Yarışa başlamamışdan öncə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyimiz uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yarışma Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Açılış mərasimində çıxış edən YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya Ulu öndər Heydər Əliyevin xalqımızı və dövlətimizi xilaskarlıq missiyasından, onun gənclərə olan diqqət və qayğısından danışıb. Bildirib ki, Ulu öndər Heydər Əliyev daima dövlətin gələcəyinin bugünkü gənclərin bilikli, dünyagörüşlü və vətənpərvər olmasından asılı olduğunu önə çəkirdi və onlara inanırdı. Müzəffər Liderimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gənclərinin qazandığı Qələbə onların əsl vətənpərvərliyinin təsdiqi oldu.
Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə sektorunun müdiri Aydın Qasımov Ulu öndər Heydər Əliyevin müəllifi olduğu Konstitusiyanın 30 və Suverenliyimizin 5-ci ildönümündən danışaraq dövlətimizin əsas sütunlarının möhkəmliyinə diqqət çəkdi.
Yarışda Bərdə ASAN Xidmət Mərkəzinin, Bərdə Peşə Təhsili Mərkəzinin, Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin, şəhər 4 və 5 saylı tam orta məktəblərin gənclərindən ibarət komandaları yarışmışlar.
Yekunda qalib gələn komandalara və birinci yerin qalib komanda üzvlərinə YAP Bərdə rayon təşkilatının hədiyyələri və təşkilatçıların Diplomları təqdim edilib.