Sentyabrın 8-i saat 9:00-a olan faktiki hava açıqlanıb.
“İki sahil” Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sentyabrın 8-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv olub. Bakıda və Abşeron yarımadasında 30 mm-dək yağıntı qeydə alınıb ki, bu da aylıq normanın 133 %-ni təşkil edir.
Respublikanın rayonlarında düşən yağıntının miqdarı Xızıda 23, Astarada 18, Qobustanda 17, Ağdamda 14, Sabirabadda 10, Lənkəran, Şamaxıda 10, Xaltan, Tərtər, Lerikdə 9, Zərdabda 8, Lerik, Kürdəmirdə 7, Şirvanda 4, Yardımlıda 3, Qax (Sarıbaş), Xınalıq, Quba, Göyçayda 2, Cəbrayıl, Bərdə, Qusar, Qrız, Oğuz, Şəki (Kişçay), Biləsuvar, Naftalan, Balakən, Zaqatala, Gəncə, Goranboy, Daşkəsən, Göygöl, Yevlax, Ordubad, Beyləqan, İmişli, Şahdağ, Şabranda 1 mm-dək olub.
Müşahidə olunan küləkli hava şəraiti sentyabrın 8-i səhər saatlarından tədricən zəifləyərək 8-13 m/s-yə çatıb.
Muxtar Babayev: Artıq iqlim dəyişikliyini müşahidə etmirik, onu birbaşa yaşayırıq
Kənd təsərrüfatı iqlim dəyişikliyinin mənfi təsirlərini azaltmaq üçün müstəsna əhəmiyyət daşıyır - Muxtar Babayev
Vəkillər Kollegiyasının üzvü Dünya Tibb Hüququ Assosiasiyasının Tibbi Cinayət Hüququ Komitəsinin üzvü seçilib
Azərbaycanda Hidrometeorologiya Elmi Tədqiqat İnstitutu bərpa olunmalıdır - Komitə sədri