08 sentyabr 2026 09:56
94

Hacıqabulda yol qəzası olub: 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Hacıqabul rayonunda minik avtomobilinin aşması ilə nəticələnən nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə səhər saatlarında Bakı-Qazax avtomobil yolunun Hacıqabul ərazisindən keçən hissəsində qeydə alınıb. Minik avtomobilinin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.