Qubada baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi müəyyənləşib.
“İki sahil” xəbər verir ki, "Toyota" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində nəqliyyat vatitəsi yolun kənarındakı maneəyə çırpılıb.
Qəza zamanı maşındakı sərnişin, 2000-ci il təvəllüdlü Beyləqan rayon sakini Yusifli Yusif Cabir oğlu hadisə yerində ölüb.
Sürücü, Quba rayon sakini 2004-cü il təvəllüdlü İbrahimov Heydər Telman oğlu isə xəsarətlər alıb.