04 may 2025 14:15
126

Rezidenturaya qəbul imtahanının nəticələri 2-3 gün ərzində elan ediləcək

Mayın 4-də rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) birinci cəhdi keçirilib.

“İki sahil” xəbər verir ki,  Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, imtahanların keçirilməsi üçün, ümumilikdə 6 imtahan binası, 15 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 124 nəzarətçi-müəllim, 17 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.

Mayın 5-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalına başlanılacaq. İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan ediləcək.